Çin hökumətinə bağlı hakerlər ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə nəzarət edən Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) və maliyyə naziri Canet Yellenin ofisinə kiberhücum ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Pekin Vaşinqtonun yeni sanksiyalar üçün potensial hədəf olaraq kimi nəzərdən keçirdiyi barədə məlumat əldə edə bilib.
"Rəsmilər bildiriblər ki, OFAC-a və maliyyə nazirinin ofisinə edilən hücum Pekinin hakimiyyət və nüfuz uğrunda mübarizədə ən önəmli rəqibi haqqında kəşfiyyat məlumatları əldə etmək qətiyyətini əks etdirir", - nəşr yazır.
Onlar qeyd ediblər ki, haker hücumu nəticəsində Çin Amerika hökuməti daxilində sanksiyalarla bağlı aparılan müzakirələr haqqında məlumat əldə edə bilər.
“The Washington Post” vurğulayır ki, sanksiyalar tətbiq edilməzdən əvvəl OFAC bu və ya digər şəxslər barədə toplanmış sübutların onların sanksiya siyahısına daxil edilmə meyarlarına uyğun olub-olmaması ilə bağlı qeydlər aparır.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ Maliyyə Nazirliyi Konqresə Çin hökuməti ilə əlaqəli ola biləcəyi iddia edilən hakerlərin nazirliyin elektron sistemlərinə kiberhücum etməsi barədə məlumat vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:48 / 02.01.2025
Çinli hakerlərdən ABŞ-a KİBERHÜCUM
Hazırda oxunan: Çinli hakerlərdən ABŞ-a KİBERHÜCUM
Hazırda oxunan: Çinli hakerlərdən ABŞ-a KİBERHÜCUM
228184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.