Yerdəki maqnit qasırğası G3 səviyyəsinə çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Geofizika İnstitutu bildirib.
“Beş mümkün göstərici şkalasında G3 səviyyəsi fırtınanın “güclü” həddə çatması deməkdir. Müvafiq olaraq, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir”, -deyə məlumatda bildirilir.
Qeyd edək ki, dekabrın 30-da Günəşdə 2024-cü ildə ən güclü aktivlik partlayışlarından biri qeydə alınıb.
Bizim.Media