“Bayden ABŞ-a rəhbərlik edə bilməz” - Tramp

“Bayden ABŞ-a rəhbərlik edə bilməz” - Tramp

Hazırda oxunan: “Bayden ABŞ-a rəhbərlik edə bilməz” - Tramp

227952

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin ölkəyə rəhbərlik edə bilməyəcəyini söyləyib.

 

Sfera.az xəbər verir ki, o bu barədə “Truth” sosial şəbəkəsində videomüraciətində danışıb.

 

"Bayden Hərbi Hava Qüvvələri Akademiyasının məzuniyyət mərasimi zamanı hətta ayaqüstə dura bilmədi. O, ölkəmizə rəhbərlik edə bilməz! O, təyyarənin enişinə yıxılmadan qalxa bilmir,- eks prezident qeyd edib.

 

Qeyd edək ki, 80 yaşlı Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir, onun səhhəti mütəmadi olaraq vətəndaşlar arasında müzakirə olunur. Siyasətçi dəfələrlə ölkələrin adlarını qarışdırıb və təyyarəyə minərkən büdrəyib.

 

Əzizə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO