2025-ci ildən sonra doğulanlar “Beta” nəslinin uşaqları olacaq.
Bizim.Media xarici KİV-ə istinadla xəbərr verir ki, 2010-cu ildə Z nəsli “Alfa” ilə əvəz olunub və o, öz növbəsində tezliklə yeni nəsilə keçəcək. Onun ilk nümayəndələri 2025-ci ildə doğulacaq. Bunlar Beta nəslinin uşaqları olacaq.
Yeni nəsil 2039-cu ilə qədər davam edəcək və 2035-ci ilə qədər onun nümayəndələri dünya əhalisinin 16%-ni təşkil edəcək.
Sosioloqlar deyir ki, bu nəslin nümayəndələri 22-ci əsri görəcək qədər yaşayacaqlar.
Onların fikrincə, Beta nəsli təhsil və işdən tutmuş səhiyyəyə qədər hər sahədə süni intellekt və avtomatlaşdırmanın gündəlik həyatın ayrılmaz hissəsi olduğu bir dünyada yaşayacaqlar.
Rəna Cumaqızı, Bizim.Media