Gürcüstan parlamentində ölkənin altıncı prezidentinin seçkiləri başlayıb.
Bizim.Media xəbər verir ki, prezident ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.
300 nəfərdən ibarət olan Seçki Kollegiyasının tərkibini parlament üzvləri (150 deputat), Acarıstan Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər), Abxaziya Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər) və yerli idarəetmə orqanlarının məclis üzvləri (109) təşkil edir.
Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifətçilər prezidentliyə namizədlərini də irəli sürməyiblər.
Beləliklə, Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.
Bizim.Media