Fransada Nyu-Yorkdan Parisə biletsiz uçan qadın saxlanılıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, hadisə noyabrın 26-sı baş verib.
Svetlana Dali adlı 57 yaşlı rusiyalının “Delta Airlines” təyyarəsinə minərək tualetlərdə gizlənməklə Fransaya getdiyi bildirilir.
Qadın Fransada hava limanında ABŞ-yə qayıdarkən tutulub və ona hökm oxunub. Qanunu pozan S. Dali Bruklin məhkəmə zalından azadlığa buraxılıb, lakin ona hava limanlarına getmək və səyahət etmək qadağan edilib.
Bundan əlavə, qadın səyahət sənədlərini təhvil verməlidir. Bundan sonra o, ittiham olunduğu ərazini tərk edə bilməyəcək.
Bizim.Media