Tramp ABŞ-də seçki sistemini dəyişmək NİYYƏTİNDƏDİR

Tramp ABŞ-də seçki sistemini dəyişmək NİYYƏTİNDƏDİR

Hazırda oxunan: Tramp ABŞ-də seçki sistemini dəyişmək NİYYƏTİNDƏDİR

224073

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkədə seçkilərin keçirilməsi üsulunu dəyişmək niyyətində olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Tramp planlarını ABŞ-nin şimal-şərqindəki Lonq Aylenddə “İlin Patriotu” mərasimində açıqlayıb.

Siyasətçi mükafatı qəbul edib və ölkədəki seçki prosesi ilə məşğul olmağa dair çağırış edib:

"Biz seçkilərin qayğısına qalacağıq. Kağız bülletenlər, bir günlük səsvermə, şəxsiyyət vəsiqəsi və seçici vətəndaşlığının yoxlanılmasını istəyirik".

Çıxış zamanı Tramp eyni zamanda Kaliforniyada bu yaxınlarda tətbiq edilən və məmurların səsvermə zamanı seçicilərdən şəxsiyyət vəsiqəsi tələb etməsinə mane olan qanundan da narazı olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO