Qətər HƏMAS və İsrail arasında vasitəçiliyi BƏRPA EDİR

Qətər HƏMAS və İsrail arasında vasitəçiliyi BƏRPA EDİR

Hazırda oxunan: Qətər HƏMAS və İsrail arasında vasitəçiliyi BƏRPA EDİR

223917

Qətər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl atəşkəs razılığının əldə oluna biləcəyinə dair nikbinliyini ifadə edərək, HƏMAS və İsrail arasında vasitəçilik rolunu bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP Qəzza danışıqları ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, növbəti danışıqlar Misirin iki aylıq məhdud atəşkəs, israilli məhbusların azad edilməsi, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi və Rəfah sərhəd-keçid məntəqəsinə nəzarətin Fələstinə verilməsini əhatə edən təklifi ətrafında müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın əvvəlində Qətər Qəzza zolağında atəşkəs əldə etmək üçün vasitəçilik səylərini dayandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO