Rusiyanın Taqanroq şəhərində sərxoş ana körpə əkiz uşaqlarını döyüb və onlardan birinin ölümünə səbəb olub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sərxoş qadın 6 aylıq körpənin birini öldürüb, digərinə isə ağır xəsarət yeririb və onları spirtli içki mağazasına aparıb.
Bu zaman yoldan keçən bir nəfər uşaqları mağazaya keçirməyə kömək edib, lakin onun uşaqlardan birinin artıq şiddətli döyülmə nəticəsində öldüyündən xəbəri olmayıb. Atası içəri girənə qədər sərxoş ana bir müddət mağazada olub. Kadrlarda atanın baş verənlərə ürək ağrıdan reaksiyası əks olunub.
Qadın faciə anında belə başa düşmür ki, övladlarından birinin həyatına son qoyub. Kadrlarda onun körpəni sadəcə qidalandırmaq lazım olduğunu deməsi eşidilir.
Hadisə yerinə təcili yardım gələndə qadın artıq içki mağazasını tərk edib. Həkimlər uşağın ölümünün səbəbinin qapalı kəllə-beyin travması olduğunu müəyyən ediblər.
Qadın polis tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:31 / 26.11.2024
Rusiyada sərxoş ana körpə əkiz uşaqlarını döydü, biri həyatını itirdi – FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada sərxoş ana körpə əkiz uşaqlarını döydü, biri həyatını itirdi – FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada sərxoş ana körpə əkiz uşaqlarını döydü, biri həyatını itirdi – FOTO/VİDEO
222457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.