ABŞ prezidenti Co Bayden zarafat məqsədilə ordunun yeməkxanasından bulka oğurlayıb.
Bizim.Media xəbər verir ki, “The New York Post” qəzetinin yazdığına görə, bu, ABŞ Sahil Mühafizəsinin bazasında Şükran Günü tədbiri çərçivəsində baş verib.
Videoda aydın görsənir ki, o, masanın üstündə olan, hərbçilər və onların ailələri üçün nəzərdə tutulan bulkanı götürüb və ofisianta tərəf gedib.
Sonra isə Ağ Evin sahibi ofisianta baxaraq bulkadan dişləyib.
Qeyd edək ki, Baydenin Amazon tropik meşələrinə getdiyi videosu internetdə populyarlıq qazanıb.
Bizim.Media