Rusiyanın “uçan radarları” Suriya səmasında peyda oldu- VİDEO

Rusiyanın “uçan radarları” Suriya səmasında peyda oldu- VİDEO

Hazırda oxunan: Rusiyanın “uçan radarları” Suriya səmasında peyda oldu- VİDEO

220981
Suriya səmasında Rusiya ordusuna aid “uçan radarlar” və kəşfiyyat təyyarələri qeydə alınıb.

Videogörüntünü terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatı öz “Telegram” kanalında yayıb.

Həma vilayətinin üzərindən uçan təyyarələrin “İL-20” radio-elektron kəşfiyyat və uzaq məsafəli radiolokasiya tuşlama sistemi olan “A-50U” hərbi hava gəmisi olduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın Suriyadakı Hmeymim bazasına dörd “SU-35C” və bir “A-50U” radiolokasiya təyyarəsi göndərdiyi barədə xəbərlər hələ fevral ayında yayılıb.

Uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə sistemi ilə təchiz olunmuş “A-50U” təyyarəsi “İL-76” hərbi-nəqliyyat maşınının bazasında hazırlanıb.

Göyərtəyə quraşdırılmış çoxfunksiyalı radiotexnika kompleksi hava, su və quru hədəflərini aşkarlamağa, hədəfləri ötürməyə və müttəfiq qüvvələrlə əlaqələndirməyə imkan verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO