
- A-
- A
- A+
Tramp seçkilərdə uduzsa da prezident olacaq - Politico
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə məğlub olsa da prezident kreslosunda oturacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Politico qəzeti həmsöhbətlərinə istinadən yazıb.
Nəşrin müəlliflərinin fikrincə, Tramp seçkilərin nəticələrini tanımamaq maddəsi ilə məhkəməyə müraciət edəcək. Beləliklə, o, vəzifəli şəxslərə və konqresmenlərə təzyiq göstərəcək.
Tramp daha sonra Respublikaçılar partiyasının üstünlük təşkil etdiyi ştatların qanunverici orqanlarına müraciət ünvanlayacaq. Bundan əlavə, keçmiş prezident çalışacaq ki, ABŞ Konqresi Demokratlar partiyasının namizədi Hamala Harrisə verilən 270 səsi təsdiqləməsinlər.
Bundan sonra sənədlər Nümayəndələr Palatasına göndəriləcək və Respublikaçılar növbəti prezidentin - Donald Trampın seçilməsi üçün kifayət qədər səs toplayacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































