
- A-
- A
- A+
Dünya
14:39 / 22.09.2024
Nyu-Yorkun polis komissarının evində axtarış aparıldı
Hazırda oxunan: Nyu-Yorkun polis komissarının evində axtarış aparıldı
212607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bir həftə əvvəl Nyu-York şəhərinin polis komissarı vəzifəsinə təyin edilən Tomas Donlonun evində axtarış aparılıb.
Bizim.Media xəbər verir ki, Donlon özü bu məlumatı “CBS News”a təsdiqləyib.
“Federal səlahiyyətlilər evlərimdə axtarış aparılması barədə qərar əldə ediblər. Təxminən 20 il əvvəl mənim əlimə keçən və Nyu-York Polis Departamentindəki işimlə bağlı olmayan materialları müsadirə ediblər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Donlon FTB-nin Milli Təhdid Mərkəzinə, eləcə də Nyu-York şəhərinin Daxili Təhlükəsizlik Departamentinə rəhbərlik edib.
O, 1993-cü ildə Dünya Ticarət Mərkəzinə və 1998-ci ildə Amerikanın Afrikadakı səfirliklərinə edilən terror hücumlarının araşdırılmasında iştirak edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































