Dünya ABŞ-dakı prezidentlik yarışında ciddi bir rəqabətin şahidi olur.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Demokratlardan olan namizəd Co Bayden poçt səslərinin sayılmasına başlanması ilə bəzi kritik ştatlarda liderliyi ələ alıb.
Seçkidən əvvəl poçt səsverməsinə qarşı çıxaraq səslərin sayılmasını dayandırmaq üçün qanuni addımlar atan Tramp isə ona verilən səslərin zibil qablarında olduğunu, yandırıldığını iddia edərək bu hadisələrin Amerika demokratiyası tarixinə bir ləkə saldığını bildirib.
Trampın tərəfdarları isə seçkilərdəki şübhəli vəziyyətləri sosial şəbəkələrdə paylaşaraq insanları diqqətli olmağa çağırırlar. Tramp tərəfdarlarından biri Bayden adına səs vermiş şəxsin məlumatlarını rəsmi bir sistemə yükləyərək yoxlayıb. Nəticədə isə səs verdiyi görülən şəxsin ölü olaraq qeyddə olduğu bilinib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:01 / 05.11.2020
“Bayden ölülərə səs verdirir”- TRAMP TƏRƏFDARLARI
Hazırda oxunan: “Bayden ölülərə səs verdirir”- TRAMP TƏRƏFDARLARI
Hazırda oxunan: “Bayden ölülərə səs verdirir”- TRAMP TƏRƏFDARLARI
2078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.