İspaniyanın Milli Kitabxanasından Qalileyin 5 kitabı yoxa çıxıb - FOTO

Hazırda oxunan: İspaniyanın Milli Kitabxanasından Qalileyin 5 kitabı yoxa çıxıb - FOTO

20451

İspaniya Milli Kitabxanasından Qalileo Qalileyin beş kitabı yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi ölkənin Mədəniyyət Nazirliyinə istinadən yayıb.

Mart ayının ortalarında ölkənin əsas kitabxanasından Sidereus Nuncius (1610-cu ildə nəşr olunmuş) traktatının yoxa çıxması haqqında informasiya yayılıb.

Eyni zamanda, kitabxananın özü bu barədə 2014-cü ildə öyrənib və bir nüsxənin əvəzini tapıb. Polisə bu barədə yalnız 2018-ci ildə məlumat verilib. İctimaiyyət isə bu yaxınlarda informasiya əldə edib.

Yoxlama zamanı kitabxananın bazasına daxil olan 15 minə yaxın kitab və sənədin tapılmadığı ortaya çıxıb. Bunlardan 54-nün hər birinin dəyəri 5 min avrodan artıqdır. 

Milli Kitabxananın aprel hesabatına əsasən, əksəriyyəti 1980 və 1990-cı illərdə, əsasən 1987-ci il oğurluğu zamanı yoxa çıxıb.

Bu kitablar arasında Qalileyin də beş kitabı var. Bütün itkin kitabların siyahısı polisə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO