YENİ QADAĞA: Peyvənd olunmayanlar işə buraxılmayacaq

Hazırda oxunan: YENİ QADAĞA: Peyvənd olunmayanlar işə buraxılmayacaq

20448

Səudiyyə Ərəbistanı hökuməti koronavirusa qarşı aşılanmayan dövlət və özəl şirkətlərin işçilərinin işə getməsini qadağan edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Krallığın İnsan Resursları və Sosial İnkişaf Nazirliyinə istinadən yayıb.

Ölkə səlahiyyətliləri yaxın gələcəkdə bu qərarın tətbiq olunma tarixini elan edəcəklər və tam olaraq necə işləyəcəyini bildirəcəklər.

Ötən bazar günü Səudiyyə Ərəbistanının rəsmiləri açıqlayıblar ki, 17 may tarixindən etibarən səfərdən 14 gün əvvəl iki və ya bir doza ilə aşılananlar ölkə xaricinə səyahət edə biləcəklər. İndiyə qədər Səudiyyə həkimləri 34 milyon əhalinin 10 milyonuna peyvənd vurublar.

Səudiyyə Ərəbistanında pandemiya başlayandan bəri koronavirus xəstəliyinin ümumi sayı 423.4 mindən çox olub, 7 min insan ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO