“Bu işi başqasına təhvil verməyin vaxtı gəldi” - Ağ Evin sözçüsü 

Hazırda oxunan: “Bu işi başqasına təhvil verməyin vaxtı gəldi” - Ağ Evin sözçüsü 

20434

Ağ Evin sözçüsü Jen Psaki 2022-ci ildə vəzifəsindən istefa etmək planlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mediaite portalı yazıb.

CNN-nin aparıcı David Akselroda verdiyi müsahibədə Psaki deyib ki, ABŞ Prezidenti Co Baydenin keçid komandası ilə təyinatını müzakirə edərkən söhbət təxminən bir ildən gedib.

"Düşünürəm ki, bu işi başqasına təhvil verməyin vaxtı gəldi", deyə o, əlavə edib.
Xatırladaq ki, Bayden 2020-ci ilin noyabrında Ağ Evin sözçüsü vəzifəsində Psakinin çalışacağını demişdi.

Jen Psaki 2009-2011-ci və 2013-2015-ci illərdə Dövlət Departamentinin sözçüsü, 2015-2017-ci illərdə isə ABŞ prezidentinin kommunikasiya üzrə köməkçisi vəzifələrində çalışıb (o vaxt prezident kreslosunda demokrat Barak Obama otururdu).

Rusiyada Psaki Ukraynadakı vəziyyətlə bağlı mübahisəli açıqlamaları ilə məşhurlaşıb. Onun qalmaqallı açıqlamaları dəfələrlə Rusiya mediasında tənqid olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO