“Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq

“Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq

Hazırda oxunan: “Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq

2043

Bizim.Media Turkiyə KİV-nə istinadən xəbər verir ki, son dövrlər texniki gücü və hərbi əməliyyatlarda qazandığı uğurlarla dünya mediasının və silah sənayesinin diqqətini çəkən “Bayraktar TB2”-nin ön hissəsi köpək balığı ağzı formasında dizayn ediləcək.

Yeni görünüşü dizayn edən isə Ömər Erkmendir.

Qeyd edək ki, Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-də başladılan əks-hücum hərbi əməliyyatları zamanı Türkiyə istehsalı olan silahlı və silahsız PUA-lardan geniş istifadə edir. Bu hərbi-taktiki əməliyyatlar dünyanın lider ölkələrinin də diqqətini çəkib.

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO