Zelenski sülhlə bağlı plan hazırlayır – BU TARİXƏ KİMİ...

Zelenski sülhlə bağlı plan hazırlayır – BU TARİXƏ KİMİ...

Hazırda oxunan: Zelenski sülhlə bağlı plan hazırlayır – BU TARİXƏ KİMİ...

203834

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində sülhə nail olmaq üçün 2024-cü ilin noyabr ayının sonuna kimi fəaliyyət planı hazırlamaq niyyətində olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Yaponiya İctimai Televiziyasına müsahibəsində deyib.

O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb.
Onun sözlərinə görə, qarşıdan gələn fəaliyyət planının əsasını Ukraynanın ərazi bütövlüyü məsələsi təşkil edəcək.

Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni ədalətli nəticəyə gətirəcək üç komponent olduğunu söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO