
- A-
- A
- A+
Dünya
12:00 / 20.07.2024
ABŞ-də təhlükəli epidemiya yayıldı - Ölənlər var
Hazırda oxunan: ABŞ-də təhlükəli epidemiya yayıldı - Ölənlər var
202812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
ABŞ-nin 12 ştatında listerioz epidemiyası baş qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzi (CDC) paylaşım edib.
Bildirilib ki, ən azı 28 nəfər xəstəxanaya yerləşdirilib və onlardan ikisi həyatını itirib.
Mütəxəssislərin açıqlamalarına əsasən, xəstələrin demək olar ki, 90%-i mağazalardan alınan ətdən yeyib. CDC məhz hansı məhsullarda infeksiya olduğunu müəyyən etmək üçün araşdırmaya başlayıb. Qeyd olunur ki, infeksiya hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar üçün ölümcül ola bilər.
Həmçinin iyulun 17-də Kanada da listerioz epidemiyası ilə bağlı bəyanat verib. Kanadada 12 yoluxma faktı qeydə alınıb, onlardan ikisi ölüb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































