Qırğızıstan-Tacikistan sərhədində qırğız tərəfdən ölənlərin sayı 55-ə çatdı

Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində qırğız tərəfdən ölənlərin sayı 55-ə çatdı

20241

Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb.

Bizim.Media Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yaralananların sayı 183 nəfərdir.

Tacikistan mətbuatının verdiyi məlumata görə, münaqişədə 19 nəfər ölüb, 88-i yaralanıb.

Qırğızıstan və Tacikistan qarşıdurmanın başlanmasına və güclənməsinə görə bir-birlərini ittiham edirlər.

Qırğızıstanın Baş prokurorluğu Tacikistana müxtəlif maddələrlə 11, Tacikistanın Baş prokurorluğu isə Qırğızıstana bir neçə maddə ilə cinayət işi açıb.

Qarşılıqlı ittihamların fonunda mayın ortalarında Qırğızıstan Prezidenti Sadır Japarovun Tacikistana səfəri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO