Meksikada metro körpüsündə qəza: Ölənlərin sayı 15-ə çatdı - VİDEO

Hazırda oxunan: Meksikada metro körpüsündə qəza: Ölənlərin sayı 15-ə çatdı - VİDEO

19987

Mexiko şəhərinin meri Klaudia Şeynbaum Meksikanın paytaxtında metro körpüsündə baş verən qəzada 15 nəfərin öldüyünü təsdiqləyib.

Bizim.Media xəbər verir ki, “Milenio” telekanalı onun sözlərindən sitat gətirib.

“RİA Novosti” agentliyi yazır ki, konstruksiya qatarla birlikdə şəhərin cənub-şərqində, Olivos və Tesonko stansiyalarının ərazisində çöküb. Bundan əvvəl yerli hakimiyyət orqanları qəzada 13 nəfərin öldüyünü, təxminən 70 nəfərin yaralandığını bildirmişdi.

Mexiko metrosu Şimali Amerikanın ən böyük metrolarından biridir. Orada son ən böyük insident yanvar ayında mərkəzi postda qeydə alınan yanğın hesab edilir.

Nəticədə bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı. Bundan sonra metronun fəaliyyəti üç gün dayandırılmışdı. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin