ABŞ səfiri Rusiya XİN-ə ÇAĞIRILDI 

ABŞ səfiri Rusiya XİN-ə ÇAĞIRILDI 

Hazırda oxunan: ABŞ səfiri Rusiya XİN-ə ÇAĞIRILDI 

198772

ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona Sevastopoldakı terror aktına görə demarş elan edilib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

"İyunun 24-də Rusiya Xarici İşlər Nazirliyində ABŞ-ın Rusiyadakı diplomatik missiyasının çağırılmış rəhbəri L.Treysi ilə söhbət zamanı ona Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin Sevastopolun mülki əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan yeni qanlı cinayəti ilə bağlı demarş edib. 

Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-ın Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təmin etdiyi vurğulanıb. 

Qeyd olunub ki, Sevastopol sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri, onların hədəfə alınması və uçuş missiyalarının tətbiqi Amerika hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir, bu vəhşiliyə görə Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır. 
Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verməklə, Ukraynanın nasistyönlü hakimiyyətini “son ukraynalıya” qədər döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq davam edəcək" - deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO