Dünyada son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı

Hazırda oxunan: Dünyada son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı

19858

Ötən sutka ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 151,8 milyonu ötüb.

Bizim.Media Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata istinadla xəbər verir ki, mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər həyatını itirib.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiya regionunun payına düşür. İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb.

Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO