"İllərdir ki, Çin hökuməti dövlət pullarını bir sıra sənayelər üzrə yerli şirkətlərinə xərcləyir. pBuraya olad və alüminium, yarımkeçiricilər, elektrik nəqliyyat vasitələri, günəş panelləri, gələcək sənayelər və hətta əlcəklər və maskalar kimi vacib tibbi avadanlıqlar daxildir. Ən önəmlisi isə odur ki, Çin olduqca aşağı qiymətlərlə bazara məhsulları dempinq (normal qiymətdən aşağı qiymətə zərərli təsirlə ixrac - red.) edir".
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden keçirdiyi brifinq zamanı deyib.
O, əlavə edib ki, Çin bu istehsalın hamısına ciddi şəkildə subsidiya verib və şirkətlərini dünyanın qalan hissəsinin qəbul edə biləcəyindən daha çox istehsala məcbur edib.
"Amerikalı işçilər rəqabət ədalətli olarsa, daha yaxşısını edə və hər kəslə rəqabət apara bilər. Amma çox uzun müddətdir ki, bu rəqabət ədalətli şəkildə apaılmır", - deyə Bayden qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:52 / 14.05.2024
Bayden Çindən GİLEYLƏNDİ: “Olduqca aşağı qiymətlərlə məhsulları dempinq edir”
Hazırda oxunan: Bayden Çindən GİLEYLƏNDİ: “Olduqca aşağı qiymətlərlə məhsulları dempinq edir”
Hazırda oxunan: Bayden Çindən GİLEYLƏNDİ: “Olduqca aşağı qiymətlərlə məhsulları dempinq edir”
192099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.