Roma Papası Putinə səsləndi: "Hərbi əməliyyatları dayandırın"

Hazırda oxunan: Roma Papası Putinə səsləndi: "Hərbi əməliyyatları dayandırın"

188924

Roma Papası Fransisk yenidən Ukrayna üzrə sülh danışıqlarının aparılmasına və Qəzza sektorunda hərbi əməliyyatların dayandırılmasına növbəti dəfə çağırış edib.

Bizim.Media xəbər verir ki, pontifik çağırışını ABŞ-ın CBS telekanalına müsahibəsində səsləndirib.

Aparıcı ondan Ukraynadakı münaqişə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə nə demək istədiyini soruşub. Fransisk suala cavabında deyib:

“Müharibənin davam etdiyi bütün ölkələr, hərbi əməliyyatları dayandırın. Danışıqlara və sülhə nail olmağa çalışın. Danışıqlar yolu ilə əldə edilən sülh sonu görünməyən müharibədən yaxşıdır”.

Həmçinin Qəzza sektorunda baş verən humanitar böhranı şərh edən pontifik hər gün fələstinliləri ibadətə çağırdığını söyləyib:

“Onlar məni baş verənlər barədə məlumatlandırır. Bu, çox ağırdır. Onlar yemək uğrunda mücadilə aparmağa məcbur olurlar”.

Qeyd edək ki, Moskva Ukrayna müharibəsinin nizamlanması üzrə konstruktiv dialoqa hazır olduğunu dəfələrlə bildirib. Bununla belə, Vladimir Putin Rusiyanın reallığa əsaslanmayan mövqelərin tətbiqinə imkan verməyəcəyi barədə də xəbərdarlıq edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO