İran XİN: “Cənubi Qafqaza xarici hərbçilərin yerləşdirilməsi xalqlarımızın maraqlarına cavab vermir”

Hazırda oxunan: İran XİN: “Cənubi Qafqaza xarici hərbçilərin yerləşdirilməsi xalqlarımızın maraqlarına cavab vermir”

188419

Cənubi Qafqaza xarici dövlətlərin hərbi hissələrinin yerləşdirilməsi regionda yaşayan xalqların maraqlarına cavab vermir, sülhün və təhlükəsizliyin təmin olunmasına da xidmət etmir.

Bizim.Media xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib.

“Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması İranın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Cənubi Qafqazda təhlükəsizliyin təhdid olunması bütün regionun təhlükəsizliyinin təhdid altına düşməsi deməkdir”, - deyə N.Kənani bildirib.

O qeyd edib ki, İranın strateji siyasi xətti mövcud mexanizmlər çərçivəsində çoxtərəfli danışıqların aparılmasından, problemləri həll etməkdən və regionda dayanıqlı sülhə nail olmaqdan ibarətdir. Cənubi Qafqaza kənar qüvvələrin hərbi hissələrinin gətirilməsi sülh prosesinə böyük zərbə vuracaq ki, İran da bunu qəbul edə bilməz.
“Regionun heç bir dövləti vəziyyətin gərginləşməsini istəməz”, - deyə N.Kənani vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO