Daha bir ölkədə “TikTok” BLOKLANIB

Hazırda oxunan: Daha bir ölkədə “TikTok” BLOKLANIB

187841

Qırğızıstanın bir sıra mobil operatorları və internet provayderlərinin ölkədə TikTok sosial şəbəkəsinə çıxışı məhdudlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, provayderlərə müvafiq tələblə məktublar göndərdikdən sonra operatorlar və provayderlər platformaya girişi məhdudlaşdırmağa başlayıblar.

Bildirilib ki, bir sıra təşkilatlardan uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərən TikTok sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı narahatlıq ifadə edən müraciətlərin sayı artıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO