Dünyanın yeni xəzinəsi- Ən çox külək enerjisi işlədən ölkələr

Dünyanın yeni xəzinəsi- Ən çox külək enerjisi işlədən ölkələr

Hazırda oxunan: Dünyanın yeni xəzinəsi- Ən çox külək enerjisi işlədən ölkələr

186980
xa0


Windeurope, Windpower və Beynəlxalq Külək Enerjisi Təşkilatı dünyada ən çox külək enerjisi hasil edən ölkələrin siyahısını hazırlayıb.

Moderator.az 55 ölkənin yer aldığl həmin siyahıdakı ilk onluğu təqdim edir:
55 ölkəlik siyahıda sonuncu yeri qonşu Rusiya tutur. Daha bir qonşumuz, qardaş Türkiyə isə siyahının 11-ci pilləsindədir. Türkiyə Cümhuriyyətinin qarşıdakı illərdə daha da irəliləyəcəyini proqnozlaşdırırlar.
İlk yerdə isə dünya iqtisadiyyatının gələcək nəhəngi hesab edilən Çin qərarlaşıb. Çin hər il 168.732 meqa-vatt (MV) külək enerjisi hasil edir. Bu rəqəmin nəhəng ölkənin enerji sərfiyyatındakı payı 4 faizdir.
İkinci yerdə isə digər güclü dövlət ABŞ dayanır. Amerika hər il 82184 MV külək enerjisi hasil edir ki, bu da ölkədəki enerji ehtiyacının 5,5 faizini təmin edir.

Üçüncü yerin sahibi Almaniyadır. Avropa ölkəsi il ərzində 50018 MV külək enerjisi hasil edir. Bu rəqəm ölkədəki illik enerji ehtiyacının 16 faizini ödəyir.xa0

Onluqda yer alan başqa ölkələr isə bunlardır:xa0

Hindistan (illik hasilat: 28700 MW, enerji sərfiyyatındakə payı: 9,1 faiz)
İspaniya (illik hasilat: 23074 MW, xa0enerji sərfiyyatındakı payı: 15 faiz)
Böyük Britaniya ( illik hasilat:14543 MW, enerji sərfiyyatındakı payı: 12,4 faiz)
Fransa (illik hasilat: 12065 MW, enerji sərfiyyatındakı payı: 4,4 faiz)
Kanada (11900 MW, 6 faiz)
Braziliya (10740 MW, 7 faiz)
İtaliya (9257 MW, 5,5 faiz)

Hazırladı: Elmin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO