Avropa İttifaqından Gürcüstana XƏBƏRDARLIQ

Avropa İttifaqından Gürcüstana XƏBƏRDARLIQ

Hazırda oxunan: Avropa İttifaqından Gürcüstana XƏBƏRDARLIQ

186737

“Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski bildirib.

O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətinə baxılmasını gecikdirə bilər.

“Fikrimizcə, QHT-lərin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün məkanın, söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir”.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO