“Crocus City Hall”-un sahibi Araz Ağalarov dünən baş verən teraktdan sonar ilk dəfə açıqlama verib.
Bizim.Media xəbər verir ki, A.Ağalarov "RBC"-ya açıqlamasında hadisənin necə baş verdiyini şərh edib:
“Dəhşətli faciə baş verdi və son 20 ildə belə bir şey olmayıb. Terrorçular zala qapıdan yox, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar, gördükləri hər şeyi atəşə tutmağa başlayıblar. Bütün insanlara, mühafizəçilərə atəş açıblar. Bir mühafizəçi həlak olub, biri isə yaralanıb. Onlar hətta mühafizəçi belə deyillər, biz onlara nəzarətçi deyirik”.
Bizim.Media