"Avroviziya"da QAYDALAR DƏYİŞİLİR

Hazırda oxunan: "Avroviziya"da QAYDALAR DƏYİŞİLİR

182114

Nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ciddi dəyişikliklərin ediləcəyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda yarışmanın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, ilk dəyişikliklərdən biri səsvermə ilə əlaqədardır. Belə ki, səsvermə üçün yarım saata artıq ehtiyac qalmayacaq. İlk çıxış başlayandan artıq sevdiyiniz iştirakçınıza səs verə biləcəksiniz. Dünya səsverməsi isə 1 gün öncədən açılacaq.
Böyük beşlik (Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Fransa) və ev sahibi əlavə çıxış etməyəcək. Onların çıxışları iştirakçı ölkələrin çıxışları arasında səpələcək.

Yarışmada daha bir böyük dəyişikliyin də olacağı, lakin bunun yaxın günlərdə açıqlanacağı diqqətə çatdırılıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO