Fransada daşqınlar: 7 nəfər itkin düşdü

Fransada daşqınlar: 7 nəfər itkin düşdü

Hazırda oxunan: Fransada daşqınlar: 7 nəfər itkin düşdü

181966

Fransa xilasediciləri və polisi ölkənin cənub-qərbində itkin düşən 7 nəfəri axtarır.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin BFMTV kanalında bildirib.

“Ötən axşam pis hava şəraiti səbəbindən yeddi nəfər itkin düşüb - altı nəfər Qar, biri isə Ardeş departamentində”, - Darmanin bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin getdiyi avtomobillər tapılsa da, içəridə adam olmayıb: “İtkin düşənlərin axtarışında dörd helikopter, eləcə də pilotsuz uçuş aparatları iştirak edir”.
Bundan əvvəl fransalı meteoroloqlar ölkənin 10 departamentində mümkün daşqınlar, güclü külək və leysan yağışları səbəbindən iqlim təhlükəsi səviyyəsinin yüksəldiyini bəyan ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO