Hazırda dünyanın bir çox beyin məzkəzləri, elmi mərkəzlər gələcədə neft, təbii qaz böhranını şirin su çatışmazlığının əvəz edəcəyini açıqlayır.xa0
Siyasi institutlar da artıq bu barədə müəyyən proqnozlar irəli sürüblər. Bu proqnozlara əsasən, dünya gücləri artıq bir neçə on illiklərdir ki, bu böhrana hazırlaşırlar. İndi neft üçün başlanan müharibələr gələcəkdə içməli su ehtiyatları üçün aparılacaq.
Bu təhlükəni qabaqcadan hiss edən şəxslərdən biri də 2011-ci ildə xalq tərəfindən linç edilən Muəmmar Qəddafidir. O, əsasən, Afrika qitəsini əsir alan bu problemi aradan qaldırmaq üçün çox möhtəşəm layihə hazırlasa da, sonda bu istəyi başqa planları kimi baş tutmadı. Baş tutmamaqın əsas səbəbi isə təbii ki, böyük iqtisadi güclərə malik olan siyasi tiranlar idilər.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevxa0xa0Moderator.az saytına açıqlamasında bu barədə maraqlı məqamlara toxunub. O, Qəddafinin “dünyanın səkkizinci möcüzəsi”x9d adlandırdığı layihənin niyə baş tutmadığını detalları ilə açıqlayıb:
“Müasir dövrümüzdə içməli su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən biridir. Hesablamalara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. Bu əhalinin də çox hissəsi Afrika ölkələrinin payına düşür.
Hesablamalara görə 2050-ci ildə isə 65 ölkədə 10 milyard nəfərə yaxın əhali su problemi ilə üz-üzə qalacaq ki, içməli suyun qiyməti inanılmaz məbləğdə olacaq.
Bu problemin aradan qaldırılması üçün Liviyada dünyanın ən böyük suvarma sistemlərini özündə birləşdirəcək "Böyük süni çay layihəsi"nin uzunluğu 2820 kilometr olacaqdı.
Müəmmər Qəddafi layihəni "Dünyanın səkkizinci möcüzəsi" adlandırırdı.
Bu lahiyə gündəmə gələn kimi, ABŞ və Fransa dərhal Qəddafiyə birgə əməkdaşlıq edib suyu Afrika ölkələrinə satmaq təklifin edirlər. Lakin Qəzzafi suyun satılmayacağını və Afrika və Ərəb ölkələrinin içməli su problemini təmənnasız edəcəyin deyir...
Müəmmər Qəddafi Qərb dövlətlərinin 20-30 ildən sonra başlanacağı güman edilən şirin su savaşına hazırlaşmalarına və Liviyanın su hövzələrini istismara götürmə cəhdlərinə, həmçinin dənizin suyunu şirinləşdirib, Afrika ölkələrinə satmaq təkliflərinə qarşı çıxıb. Liviya lideri Afrikaya min illərlə çatacaq şirin su hövzələrinə sahib olduğunu əsas gətirərək, ABŞ-ın təklifini rədd edib və böyük bir layihəyə start verib.
Qəddafi bu böyük layihənin bütün maliyyəsini təkbaşına üzərinə götürmüşdü. Liviyanın təmiz su ehtiyatı ödəndikdən sonra layihə böyüyəcək və bütün Afrikanı əhatə edəcəkdi. Layihənin dəyəri həm də onda idi ki, Liviya bunun sayəsində qitənin ən qüdrətli ölkəsinə çevriləcək və minillərlə regionun əsas neməti ”“ şirin su ilə milyardlarla insanı təmin edəcəkdi.
2008-ci ilə qədər Liviya hökuməti layihəyə təxminən 19.6 milyard ABŞ dolları xərcləmişdi. Tikintinin icrası üçün lazımı materiallar İtaliya, İspaniya, Almaniya və Yaponiyadan Aralıq dənizi sahilindəki Burayka limanına gətirilirdi. Avropa ölkələri ilə dəniz qonşuluğu Liviyaya əlavə üstünlük yaratmışdı”x9d.
Araşdırmaçı alim milyardlarla insana gərək ola biləcək layihənin necə sonlanmasını da qeyd edib:
“NATO-dərhal bölgəni nəzarətə götürdü. 2011-ci ilin İyulun 22-də su kəmərləri üçün boru tədarükünü hazırlayan Burayka limanı NATO təyyarələri tərəfindən bombardman edildi. 4 gün sonra açıqlama verən NATO rəsmiləri limanda hərbi sursat olması ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını, bu səbəbdən ərazinin bombardman edildiyini iddia etdilər. Lakin uzun sürən araşdırmalardan sonra sözügedən ərazidə hərbi silah-sursat tapılmadı.
Qeyd edək ki, "Böyük süni çay layihəsi" reallaşana qədər Liviya hökuməti Avropadan aldığı su müqabilində hər il 3,75 milyard dollarından keçməli olurdu. Avropa və Amerika ölkələri də ildə 10 milyard dollara qədər Afrikada su satışından pul qazanırlar. Ehtimalla isə bu məbləğ ildən ildə artacaq idi. Qəddafi 70 trilyon dollara bərabər olan Liviya su ehtiyyatı 2 min 283 il ərzində 7 milyard afrikalını su ilə təmin edə bilərdi. Lakin onu diktator deyib devirdilər”x9d.
Elmin Nuri































































































