Moskva polisi gücləndirilmiş rejimə KEÇDİ

Moskva polisi gücləndirilmiş rejimə KEÇDİ

Hazırda oxunan: Moskva polisi gücləndirilmiş rejimə KEÇDİ

181814

ABŞ-ın Rusiyadakı səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yayması səbəbindən Moskvada polis gücləndirilmiş rejimə keçirilib.

Bizim.Media “Baza”ya istinadən xəbər verir ki, şəhər mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı 2-2,5 dəfə artırılıb, mülki geyimli polislər asayişi qorumağa cəlb olunub.

Qeyd edək ki, ABŞ səfirliyinin rəsmi internet saytında martın 7-də ABŞ vətəndaşlarına Moskvada “izdihamlı yerlərdən” çəkinmələri barədə xəbərdarlıq yerləşdirilib.

Bildirilib ki, səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantılara hücum etmək planlarının gözləndiyi barədə məlumatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO