Viktor Orban ABŞ-a gedir - Trampla görüşəcək

Viktor Orban ABŞ-a gedir - Trampla görüşəcək

Hazırda oxunan: Viktor Orban ABŞ-a gedir - Trampla görüşəcək

180923

ABŞ prezidenti Cozef Baydenlə görüş hələ Macarıstanın baş naziri Viktor Orbanın ABŞ-a səfər proqramına daxil edilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Index” məlumat yayıb.

Macarıstan hökumətinin başçısının sözçüsü Bertalan Havasi bildirib ki, Orbanın səfərinin əsas məqsədi ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüş olacaq.

Orban martın 8-də Trampı Floridadakı Mar-a-Laqo malikanəsində ziyarət etməyi planlaşdırır. Martın 7-də o, Vaşinqtonda olacaq və burada “Heritage Foundation” araşdırma mərkəzində çıxış edəcək.

Macarıstanın baş naziri 2021-ci ilin yanvarında vəzifəyə gəldiyindən bəri Baydenlə görüşməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO