
- A-
- A
- A+
Dünya
00:48 / 01.03.2024
Pentaqondan ETİRAF: “Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”
Hazırda oxunan: Pentaqondan ETİRAF: “Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”
180564
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Rusiya Federasiyası bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının (STRATCOM) rəhbəri, general Entoni Kotton ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı bildirib.
“Bu qənaətə gəlməyimizə səbəb odur ki, ötən il Rusiyada “RS-28 Sarmat” qitələrarası ballistik raketi döyüş növbətçiliyinə yerləşdirilmişdi. Bundan əlavə Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarının istehsalına və tədarükünə davam edir. Bir sözlə, ruslar öz nüvə potensialını müasirləşdirir və genişləndirirlər”, - deyə Kotton qeyd edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































