Medvedev bütün sirrləri açdı:

Medvedev bütün sirrləri açdı: "Xüsusi əməliyyat Kiyevdə başa çata bilər" - VİDEO

Hazırda oxunan: Medvedev bütün sirrləri açdı: "Xüsusi əməliyyat Kiyevdə başa çata bilər" - VİDEO

179340

"Xüsusi hərbi əməliyyatın başa çatması üçün Rusiya qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirməlidir. Bu baş verəndə rus qoşunlarının harada dayanacağı bəlli olacaq".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsi zamanı verib.

"Harada dayanmalı? Bilmirəm. Düşünürəm ki, dediklərimi nəzərə alsaq, hələ çox və ciddi işləməliyik. Kiyev olacaq? Bəli, yəqin ki, Kiyev ola bilər. Rusiya qoşunları niyə Kiyevdə dayanmalıdır? İlk növbədə Kiyev tarixən Rusiya şəhəridir, ancaq bu gün Rusiya Federasiyasının düşmənləri tərəfindən idarə olunur. Bu isə Rusiyanın mövcudluğu üçün təhlükə yaradır", deyə Medvedev bildirib.
Eyni zamanda, Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, xüsusi hərbi əməliyyatın əsas məqsədlərindən əlavə, Rusiya öz ərazilərini qorumaq üçün bufer zonası yaratmalıdır:
"Məqsəd Qərbin və Ukrayna neonasistlərinin hücum cəhdlərinin qarşısını almaqdır".
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO