Fransada məhkəmə rəsmi olaraq erməni əsilli rusiyalı iş adamı, "Taşir qrup"un rəhbəri Samvel Karapetyana məxsus villanın mülkiyyət hüququnu dondurub.
Bizim.Media xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.
Dəyəri 120 milyon avro olan dəbdəbəli iqamətgah Fransanın cənub-şərqində, Rokbrün-Kap-Marten kommunasında yerləşir.
Qərb tərəfindən anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra bu, Fransa üçün Rusiya kapitalı ilə bağlı əmlakın ən böyük müsadirəsidir.
Xatırladaq ki, 2021-ci il iyunun 18-də Azərbaycanın Baş Prokurorluğu Karapetyanı Qarabağda döyüşlər zamanı silah, sursat və hərbi texnikanın qaçaqmalçılığını təşkil etmək ittihamı ilə beynəlxalq axtarışa verib.
Bizim.Media