İctimai Palatanın üzvü fikrini DƏYİŞDİ: Rusiyada VPN bloklanmayacaq - VİDEO

Hazırda oxunan: İctimai Palatanın üzvü fikrini DƏYİŞDİ: Rusiyada VPN bloklanmayacaq - VİDEO

176715

Xəbər verdiyimiz kimi Rusiya Federasiyası İctimai Palatasının üzvü Yekaterina Mizulina Yekaterinburqdakı 1 nömrəli məktəbin şagirdləri ilə görüşdə ölkədə VPN xidmətlərinin qadağan ediləcəyinə dair açıqlama verib.

Bizim.Media xəbər verir ki, Mizulina daha sonra jurnalistlərə açıqlamasında verdiyi məlumatı təkzib edib.

O, jurnalistlərin VPN xidmətlərinin bloklanacağı ilə bağlı sualına cavabında deyib: “Mən heç nə vəd etməmişəm. Həmkarlarınızın hansı sitatı götürdüyünü görmədim. Qoy, sualın cavabını özləri həmin açıqlamamı izləyərək tapsınlar. Bu, dezinformasiyadır”.
Qeyd edək ki, Mizulina öncəki açıqlamasında VPN-i cəhənnəmə gedən bir portal adlandırıb və bildirib ki, martın 1-dən ölkədə böyük VPN xidmətləri bloklanacaq.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO