Slovakiya prezidenti koronavirusa yoluxdu

Hazırda oxunan: Slovakiya prezidenti koronavirusa yoluxdu

176579

ABŞ-da işgüzar səfərdə olan Slovakiya prezidenti Zuzana Çaputovanın COVID-19 (koronavirus) testi müsbət çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də işgüzar proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Slovakiya Prezidenti sahibkarlardan ibarət nümayəndə heyətinə rəhbərlik edib, xüsusən də “Google” şirkətinin baş ofisində olub.
Çaputova fevralın 5-də Slovakiyaya qayıdacaq. O, yaxın günlər üçün iş proqramını ləğv edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO