Ukraynaya raket hücumu nəticəsində 5 nəfər ölüb - FOTO

Ukraynaya raket hücumu nəticəsində 5 nəfər ölüb - FOTO

Hazırda oxunan: Ukraynaya raket hücumu nəticəsində 5 nəfər ölüb - FOTO
174723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ordusunun Ukrayna ərazisinə raket hücumu nəticəsində azı 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kiyevə raket hücumu nəticəsində paytaxtın Svyatoşin, Solomenski və Peçerski rayonlarında bir neçə yanğın baş verib. Bir nəfər həlak olub, iki çoxmərtəbəli binaya, fərdi evə və avtomobillərə ziyan dəyib.

Kiyev vilayətinin Buçanski rayonunda xilasedicilər işləyir. Orada da dağıntılar olub, üç nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində isə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Xarkova hücum nəticəsində iki çoxmərtəbəli binaya ziyan dəyib, ilkin məlumatlara görə, 3 nəfər həlak olub, daha 30-a yaxın insan yaralanıb.

Xilasedicilər qəzalı binalara baxış keçirir və dağıntıları təmizləyir.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO