Paşinyan Rusiyadan bu dəfə də gözlədiyi dəstəyi ala bilmədi

Paşinyan Rusiyadan bu dəfə də gözlədiyi dəstəyi ala bilmədi

Hazırda oxunan: Paşinyan Rusiyadan bu dəfə də gözlədiyi dəstəyi ala bilmədi

1694

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Paşinyanın prezident Vladimr Putinə ünvanladığı məktubuna cavab verib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən “ döyüşlər Ermənistan ərazisinə keçərsə, Rusiya İrəvana bütün lazımi köməkliyi göstərəcək” açıqlaması gəlib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Paşinyan məktubda Rusiyadan 1997-ci ildə iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə əsaslanaraq yardım istəyib.

Paşinyan Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün Rusiya tərəfinin göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamağı Putindən xahiş edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Paşinyan Rusiya liderinə dəfələrlə zəng edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO