Bayden Ukraynanın müharibədə qalib gəlməsini istəyirmi? - VİDEO

Bayden Ukraynanın müharibədə qalib gəlməsini istəyirmi? - VİDEO

Hazırda oxunan: Bayden Ukraynanın müharibədə qalib gəlməsini istəyirmi? - VİDEO

168813

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenin dəvətilə Vaşinqtona gedib. 

Bizim.Media xəbər verir ki, Ağ Evə gələn jurnalistlərdən biri Baydenə "Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirsinizmi?" sualını verib.

O, buna gülərək cavab verib.

Birgə keçirilən mətbuat konfransında isə Bayden Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini istədiyini deyib.

O, əlavə edib ki, Ukraynanı “özünü müdafiə etməyə qadir olan suveren dövlət” kimi görür.

Zelenski çıxışı zamanı yenidən ərazi güzəştlərinə hazır olmadığını bəyan edib:

“Ukrayna öz ərazilərindən necə imtina edə bilər? Bu, tam dəlilikdir. Bu haqda danışanlara sualım var: onlar övladlarını terrorçuların əlinə verməyə hazırdırlarmı?".
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO