Bayden Zelenskini Ağ Evə dəvət etdi

Bayden Zelenskini Ağ Evə dəvət etdi

Hazırda oxunan: Bayden Zelenskini Ağ Evə dəvət etdi

168432

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı açıqlamasında bildirib.

Açıqlamada iki dövlətin liderlərinin Ukraynanın cari ehtiyaclarını və kritik anda ABŞ-ın davamlı dəstəyinə həyati ehtiyacı müzakirə edəcəkləri qeyd olunub.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Co Bayden ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq niyyətindədir.

Volodimir Zelenskinin Vaşinqtona əvvəlki səfəri sentyabrın 21-də baş tutub. Ukrayna Prezidenti ABŞ-ın paytaxtına BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirlərində iştirak etdikdən sonra gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO