FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyərək 388 xalla 89-cu pillədə qərarlaşıb.
Moderator.az xəbər verir ki, ali futbol qurumunun sonuncu sıralamasında Azərbaycan 89-cu yerə sahiblənsə də, yenə də Qabon, Keniya, Trinidad və Tabaqo, Uqanda və s. kimi kiçik ölkələrdən geri qalır. Finlandiya, Latviya, Estoniya, Gürcüstan kimi ölkələri isə qabaqlayır.xa0
Siyahıya Argentina başçılıq edir. 205 dövlətin yer aldığı reytinq cədvəlinin ikinci və üçüncü pillələrində isə Braziliya ilə Almaniya milliləri qərarlaşıb.
Çili və Belçika yığmaları reytinq cədvəlinin ilk beşliyini qapayır. Qardaşın Türkiyə millisinin 24-cü pillədə qərarlaşdığı cədvəlin sonuncusu isə Cəbəllütariqdir.
Elmin Nuri

































































































