Fransa bizə 25 milyon avro kompensasiya ödəməlidir - Siyasi hərəkatın sözçüsü 

Hazırda oxunan: Fransa bizə 25 milyon avro kompensasiya ödəməlidir - Siyasi hərəkatın sözçüsü 

165392

"Fransa bizə kompensasiya ödəməlidir. Bu təzminat 25 milyon avro hesablanıb".

Bizim.Media xəbər verir ki, bunu "L'Alliance Nationale Guadeloupe" siyasi hərəkatının sözçüsü Laurence Maquiaba "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müstəmləkəçilik dövründə ölkəsində qadınlar böyük çətinliklərə məruz qalıblar.

"Qadınların üçdə biri iş yerlərində zorakılığa məruz qalıb. Sorğuda iştirak edənlər tibbi xidmətlərdən istifadə edə bilmədiklərini bəyan edirlər. Biz istəyirik ki, sosial hüquqlar bərabər olsun, qadın və kişilərin əməkhaqqıları eyniləşdirilsin. Ölkəmizin azadlığı üçün mübarizə aparırıq. Buna görə də iqtisadi cəhətdən güclü olmalıyıq".
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO