Baydenin oğlunun başı bəlada: Hesablarına dair məlumat tələb edildi

Baydenin oğlunun başı bəlada: Hesablarına dair məlumat tələb edildi

Hazırda oxunan: Baydenin oğlunun başı bəlada: Hesablarına dair məlumat tələb edildi

157624

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin şəxsi və biznes bank hesabları haqqında məlumat verməsini tələb edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Aşağı Palatanın sədri Kevin Makkarti (Kaliforniya ştatından olan respublikaçı) təsdiqləyib.

O vurğulayıb ki, ABŞ liderinin qardaşı Ceymsin bank hesabları haqqında da məlumat tələb olunub. “Hanter və Ceyms Baydenlərin şəxsi və biznes bank sənədləri üçün tələb vərəqələrinin verilməsi ilə irəliləyirik. Həqiqətləri bilmək Amerika xalqının haqqıdır. Biz də məhz həqiqətləri üzə çıxarmağa çalışırıq”, - ABŞ hökuməti iyerarxiyasında üçüncü ən yüksək posta sahib olan Makkarti deyib.

O, ABŞ Prezidenti, demokrat Cozef Baydenə qarşı impiçment prosesinin başlanması üçün əsasların olub-olmadığını müəyyən etmək üçün Konqresin aşağı palatasının müvafiq komitələrində rəsmi araşdırmaya başlamaq qərarına gəldiklərini açıqlayıb.
Nümayəndələr Palatasının sədri bildirib ki, araşdırma Vaşinqton administrasiyasının hazırkı rəhbərinin oğlu Hanterin biznes əməliyyatlarından xeyir götürüb-götürməməsini öyrənmək məqsədi daşıyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO