Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşır

Hazırda oxunan: Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşır

157312

Mərakeşdə zəlzələdən ölənlərin sayı 2 960-a yüksəlib.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Mustafa Baytas Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.

Ərazidə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif payçılar arasında koordinasiya əsasında aparıldığını qeyd edən mətbuat katibi hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini deyib.
Xatırladaq ki, daha öncə krallığın Daxili İşlər Nazirliyi təbii fəlakətdən 2 946 nəfərin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ sentyabrın 7-də yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO