Ukraynada müharibədə 500 uşaq həlak olub

Hazırda oxunan: Ukraynada müharibədə 500 uşaq həlak olub

150620

Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorunun Ofisi məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində 13 avqust 2023-cü il tarixinə olan məlumata görə, müharibə nəticəsində 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.

Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Dneproptrovsk (94), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO